İsveçrədə də Ukrayna ilə bağlı mitinq keçirildi

İsveçrədə də Ukrayna ilə bağlı mitinq keçirildi

İsveçrənin Bern şəhərində Ukraynadakı hadisələrlə bağlı mitinq keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə “Berner Zeitung” qəzeti məlumat yayıb.

Məlumata görə, mitinqdə 3000-ə qədər insan iştirak edib.

“Biz insanlığın və bütün xalqlar arasında sülhün tərəfdarıyıq” şüarını səsləndiriblər.

Eyni zamanda iştirakçılar, Rusiyaya qarşı sanksiyaların dərhal dayandırılmasını və İsveçrənin 100 faiz neytrallığına qaytarılmasına çağırışlar ediblər.

Teqlər: