İsveçrənin Vale kantonundakı Zermat dağ turizmi mərkəzində qar uçqunu baş verib.
AzerTimes xəbər verir ki, uçqun nəticəsində çox sayda adam qar kütləsinin altında qalıb. Zərərçəkənlərin dəqiq sayı məlum deyil.
Xilasetmə işlərinə çox sayda canlı qüvvə, texnika və helikopter cəlb edilib.