İsveçrə koronavirusla bağlı ölkəyə giriş məhdudiyyətlərini ləğv edib

İsveçrə koronavirus pandemiyası səbəbiylə 2020-ci ilin mart
ayından qüvvədə olan ölkəyə giriş məhdudiyyətlərini ləğv edib.

Trend xəbər verir ki, bu barədə ölkənin Dövlət Miqrasiya
Katibliyindən bildiriblər.

Mayın 2-dən etibarən İsveçrəyə gəldikdən sonra peyvənd
sertifikatı və ya koronavirusa qarşı immunitetin olduğunu təsdiq
edən sənədin təqdim edilməsinə ehtiyac yoxdur.

“Bu tarixdən [2 may] etibarən yenidən İsveçrə ərazisinə adi
qaydada daxil olmaq mümkündür. İndi ölkəyə daxil olarkən peyvənd
sertifikatı və ya koronavirusdan sonra sağalma haqqında arayış
təqdim etməyə ehtiyac yoxdur”, – deyə Katiblikdən bildiriblər.