İsveçrə Kərimovaya qarşı ittiham irəli sürdü

İsveçrə Kərimovaya qarşı ittiham irəli sürdü

İsveçrə Federal Prokurorluğu Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın işi üzrə ittihamları məhkəməyə göndərib.

AzerTimes xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.

Məlumata görə, Kərimova cinayət təşkilatında iştirakda, xarici məmurlara rüşvət verməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.

Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ilin avqustunda hədə-qorxu ilə tələb etmə və vergidən yayınmada təqsirli bilinib. 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan məhkəmə yeni cinayət işi üzrə onun həbs müddətini 13 il 4 aya qədər artırıb.

Teqlər: