Xəbər - Cani Babayeva – Trend:
İsveçli gimnast Lina Syoeberq Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının ikili mini-batut üzrə tullanışlar proqramında 70.900 xal toplayaraq birinci yeri tutub.
Trend-in məlumatına görə, ikinci yerdə ABŞ gimnastı Şelbi Nobuhara (70.000 xal), üçüncü yerdə isə İspaniya gimnastı Melaniya Rodriqes (69.600 xal) qərarlaşıblar.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.