Bakıda batut gimnastikası və tamblinq üzrə dünya çempionatının yekun gününə start verilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının yekun gününə start verilib.

AzerTimes-ın məlumatına görə, bu gün qadınlar arasında ikili mini-batut, kişilər arasında tamblinq, kişilər və qadınlar arasında batut üzərində fərdi tullanışlar proqramlarında finallar keçiriləcək. Bu gün həmçinin çoxnövçülük üzrə komandalar arasında qaliblər müəyyənləşəcək.

Tamblinq üzrə finalda Azərbaycan gimnastı Mixail Malkin də iştirak edəcək.


Foto: Zaur Mustafayev

Teqlər: