İsveçin ilk qadın baş naziri Maqdalena Andersson seçildikdən bir neçə saat sonra Yaşıllar Partiyasının koalisiyadan çıxması səbəbindən istefa verib.
Trend xəbər verir ki, Andersson legitimliyinə şübhə üçün əsasların ola biləcəyi hökumətə rəhbərlik etmək istəmədiyini bildirib.
O, parlamentin spikeri Andreas Norlenə yalnız Sosial Demokrat İşçi Partiyasının təmsil olunacağı birpartiyalı hökumətə rəhbərlik etməyə hazır olacağını bildirib.
Norlen baş nazirin istefasını təsdiqləyib və vəziyyəti müzakirə etmək üçün digər partiyaların liderləri ilə əlaqə saxlayacağını bildirib.