Rusiyada yeniyetmələr üçün COVID-ə qarşı peyvənd təsdiq edilib

Rusiya Səhiyyə Nazirliyi yeniyetmələr üçün koronavirus peyvəndini qeydə alıb və onun istifadəsi ilə bağlı təfərrüatları açıqlayıb.

Tren-in məlumatına görə, qurumda bildiriblər ki, klinik sınaqların nəticələrinə əsasən COVID-19-a qarşı peyvənd yüksək effektivlik və təhlükəsizlik nümayiş etdirib: “Yetkinlik yaşına çatmayanları yeni koronavirus infeksiyasından, onların sağlamlığını və həyatını etibarlı şəkildə qorumaq üçün Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Qamaleya adına Epidemiologiya və mikrobiologiya elmi-araşdırma Mərkəzi Qam-COVID-Vac M peyvəndi hazırlayıb”.

Qeyd olunur ki, yeniyetmələr üçün peyvənd Rusiyanın Sputnik V preparatı ilə eyni platforma üzərində yaradılıb və 21 gün aralığında tətbiq olunan iki komponentdən ibarətdir.

Teqlər: