İsveçdən etiraf: Türkiyə ilə münasibətlə soyuyub

İsveçdən etiraf: Türkiyə ilə münasibətlə soyuyub

Türkiyə və İsveç münasibətlərində soyuma özünü göstərir.

AzerTimes xəbər verir ki, bu sözləri İsveç xarici işlər naziri Tobias Billstrem deyib.

“Hazırda ölkələr arasında münasibətlər soyuqlaşıb. Bu, təbii haldır. Vacib olan irəliyə doğru addımlamaqdır”, – deyə nazir bildirib.

Qeyd edək ki, Stokholmda hökumətin icazəsi ilə müqəddəs Qurani-Kərimin yandırılması İslam dünyasının, xüsusən qardaş Türkiyənin ciddi haqlı narazılığına səbəb olub.

Teqlər: