İsveç vaksinasiya barədə sertifikatsız ölkəyə giriş qadağasını uzadıb

İsveç hökuməti Avropa İttifaqı və Avropa İqtisadi Zonasından İsveçə səyahət qadağasının uzadılmasına qərar verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, istisnalar vaksinasiya sertifikatı, koronavirus üzrə cavabı mənfi olan test nəticəsi və ya antitellərin mövcudluğu barədə sənədi olan şəxslərə aid edilir.


Qadağanın uzadılması iyunun 30-u qüvvəyə minir və avqustun 31-dək qüvvədə olacaq. Danimarka, Finlandiya, İslandiya və Norveç sakinləri üçün ölkəyə giriş məhdudiyyəti yoxdur.