Berlində atışma baş verib

Almaniyanın paytaxtı Berlində atışma baş verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, Veddinq rayonunda yerləşən barın yaxınlığında baş verən atışma nəticəsində azı 3 nəfər ağır yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, atəş açan şəxs hələki saxlanılmayıb.


İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.