İsveç Ukraynanı “Gripen” qırıcıları ilə təmin etmək niyyətində deyil.
AzerTimes xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson bildirib.
“Düzünü desəm, “Gripen” təyyarələrini göndərmək planlanımız yoxdur” , – nazir bildirib.
Conson qeyd edib ki, Ukraynaya yeni hərbi yardım paketinə müasir hava hücumundan müdafiə sistemlərinin tədarükü daxildir.