İsveç Ukraynaya 1 milyard kron (təqribən 100 milyon ABŞ dolları) dəyərində yeni yardım paketi ayıracaq.
AzerTimes xəbər verir ki, bunu İsveç Baş naziri Maqdalena Andersson Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündə deyib.
“Yardımın 500 milyon kronluq hissəsi hərbi yardıma ayrılacaq. Bu barədə rəsmi qərar yaxın zamanda qəbul ediləcək”, – Andersson bildirib.