İsveç: Türkiyə ilə razılaşmalara sadiqik!

İsveç: Türkiyə ilə razılaşmalara sadiqik!

İsveç ölkənin NATO-ya qoşulma prosesini açacaq üçtərəfli təhlükəsizlik memorandumunun müddəalarına sadiqdir.

AzerTimes xəbər verir ki, bunu İsveçin yeni Baş naziri Ulf Kristersson deyib.

Onun sözlərinə görə, Stokholm NATO-nun Madriddə keçirilən sonuncu sammiti çərçivəsində imzalanmış sənədin müddəalarının həyata keçirilməsi üçün hər cür səy göstərəcək.

“NATO-ya üzvlük İsveç və Finlandiya üçün çox vacibdir. Biz Türkiyə, İsveç və Finlandiya arasında NATO ilə bağlı sənədə sadiqik. Onun müddəalarına əməl etmək üçün əlimizdən gələni edəcəyik”, – deyə Baş nazir bildirib.

Teqlər: