İranda Ukraynanı məhv edəcək silah yoxdur

İranda Ukraynanı məhv edəcək silah yoxdur

İranda və ya başqa yerdə Ukrayna xalqını məhv edə biləcək heç bir silah yoxdur.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Prezident qeyd edib ki, Ukrayna hərbçiləri raketlərin və pilotsuz təyyarələrin bir hissəsini vurmağa nail olub:

“Bazar günü axşam saat 9-dan cəmi 12 saat ərzində İranın 37 “Şahid” PUA-sı və bir neçə qanadlı raket məhv edilib. Ancaq səmamızın qorunmasına zəmanət vermək və rusların imkanlarını sıfra endirmək üçün bizə əhəmiyyətli dərəcədə daha müasir hava hücumundan müdafiə sistemləri və bu cür sistemlər üçün daha çox raket lazımdır”.

Teqlər: