İsveç NATO-ya üzvlüklə bağlı qərar qəbul verib

İsveçin NATO-ya üzvlük üçün müraciət etməsi ilə bağlı qərar
hökumət tərəfindən qəbul olunub.

Trend-in
məlumatına görə, bu barədə İsveçin baş naziri Maqdalena Andersson
deyib.

Onun sözlərinə görə, müvafiq qərar parlamentdə səs çoxluğu ilə
qəbul edilib.

“Bu gün keçirilən iclasda hökumət NATO-ya müraciətlə bağlı qərar
qəbul edib. İsveç səfiri tezliklə bu müraciəti NATO-ya təqdim
edəcək. Daha sonra İsveç alyansın üzvü olmaq niyyətini və buna
hazır olduğunu təsdiq edəcək”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Finlandiya hökuməti də analoji
qərar qəbul edib.