İsveç NATO-ya üzvlük üçün bir sıra əlavə addımlar atmalıdır.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“İsveçli həmkarımla Brüsseldə keçirdiyimiz görüşdə Stokholmun NATO-ya üzvlük prosesində atmalı olduğu addımlar mövzusunu müzakirə etdik. Müəyyən addımlar atılıb, lakin kifayət deyil. Əlavə addımlara ehtiyac var”, – nazir bildirib.