ABŞ olmasa da, İrana qarşı dura bilərik – Halevi

ABŞ olmasa da, İrana qarşı dura bilərik – Halevi

İsrail hətta ABŞ-ın köməyi olmadan da İrana qarşı qabaqlayıcı zərbə endirməyə hazırdır.

AzerTimes xəbər verir ki, bunu İsrailin Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Ramazan ayının ilk iki həftəsi nisbətən sakit keçdi – bu gecə vəziyyət dəyişdi. Məbəd dağında baş verən hadisələr həm Qəzzada, həm də İudeya və Samariyada gərginliyə səbəb olub. İsrail ordusu bugünkü reydlərdə terror təşkilatlarını hədəf alıb. İsrailə raket atılmasına lazımi cavab veriləcək. Ordumuz həm ucqar ərazilərdə, həm də evə yaxın ərazilərdə zərbə endirmək qabiliyyətinə malikdir. Qarşıdakı illərdə İsrail İrana qarşı deaktivləşdirici zərbə endirmək qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək və məsafəyə baxmayaraq, belə bir zərbə dağıdıcı olacaq”, – Halevi bildirib.

Onun sözlərinə görə, İsrail istənilən təhlükəsizlik probleminin öhdəsindən gəlməyə qadirdir:

“Biz təkbaşına necə davranacağımızı bilirik və özümüz qərar vermək hüququmuz var. ABŞ bizim yanımızda olsaydı, yaxşı olardı, amma olması da mütləq deyil”.

Teqlər: