İsveç kralı və kraliçası koronavirusa yoluxub

İsveç kralı XVI Karl Qustav və kraliçası Silviya koronavirusa yoluxublar.

AzerTimes-ın məlumatına görə, bu barədə Kral sarayına istinadən Qərb KİV-ləri xəbər verib.

Məlumata əsasən, kral və kraliça xəstəliyi yüngül formada keçirirlər.

“Koronavirusa qarşı hər üç peyvəndi vurduran kral və kraliça xəstəliyi yüngül formada keçirirlər və özlərini yaxşı hiss edirlər”, – deyə məlumatda bildirilir.