Cənubi Koreyada qırıcı təyyarə qəza enişi edib

Cənubi Koreya Hərbi Hava Qüvvələrinin F-35A qırıcı təyyarəsi təlim uçuşu zamanı qəza enişi edib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər yayıb.

Məlumata əsasən, qırıcı təyyarənin şassisi açılmayıb və pilot təyyarəni o formada endirmək məcburiyyətində qalıb. İnsident Seuldan 151 kilometr cənubda yerləşən Sosan aviabazasında baş verib.

Bildirilir ki, hadisə nəticəsində pilot xəsarət almayıb.