İsveç generalı Donbasda cəbhə xəttinə yollandı – Video

İsveç generalı Donbasda cəbhə xəttinə yollandı – Video

İsveç Silahlı Qüvvələrinin Baş Komandanı, general Mikael Byuden Ukrayna ordusunun 45-ci artilleriya briqadasının Donbasdakı mövqelərinə baş çəkib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, 45-ci briqadanın mövqeləri hazırda Svatovo, Liman və Baxmut istiqamətində yerləşir.

Qeyd edək ki, Byuden təmas xəttinə bu qədər yaxınlaşan ilk yüksək rütbəli Qərb siyasətçisidir.

Teqlər: