İsveçdə ərzaq qiymətlərinin artması davam edəcək.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı
Lantmannen kənd təsərrüfatı kooperativ assosiasiyasının baş
direktoru Maqnus Kagevik bildirib.
“Təəssüf ki, mən hesab edirəm ki, biz ərzaq qiymətlərində
davamlı artımın şahidi olacağıq. Bu, kənd təsərrüfatı
istehsalçılarının enerji, toxum, gübrə xərclərinin ciddi şəkildə
artması ilə bağlıdır”, – İsveç Radiosu onun sözlərini sitat
gətirir. Bununla yanaşı, Kagevik bildirib ki, inflyasiyaya
baxmayaraq, İsveçin kənd təsərrüfatı məhsullarının idxal olunan
məhsullardan daha çox bahalaşma ehtimalı yoxdur.
İsveçli ekspertlərin fikrincə, ərzaq məhsullarının bahalaşmasına
səbəb olan əsas amillərdən biri Ukraynadakı vəziyyət və təbii qaz,
eləcə də gübrələrin qiymətində güclü artıma səbəb olan Rusiyaya
qarşı tətbiq edilən iqtisadi sanksiyalardır.