İsveç baş naziri Türkiyə lideri ilə görüşdü

İsveç baş naziri Türkiyə lideri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveç Baş naziri Ulf Kristersson arasında görüş baş tutub.

AzerTimes xəbər verir ki, görüşdən sonra liderlər mətbuata açıqlamalar verib.

Ərdoğan jurnalistlərə açıqlamasında Türkiyənin daim NATO-nun açıq qapı siyasətinin güclü dəstəkçisi olduğunu bildirib.

“İsveç öz təhlükəsizliyi üçün NATO-nu istəyir, biz də təhlükəsizliyimizin təminatına dəstək verən İsveç görmək istəyirik”, – deyə türk lider qeyd edib.

Kristersson isə vurğulayıb ki, İsveç Türkiyənin PKK terror qrupuna qarşı müharibə apardığını anlayır:

“İsveç PKK-nı terror qruplaşması kimi qəbul edir”.

Teqlər: