İstixana qazlarının atmosferə buraxılması çox ciddi problemdir – Eks prezident

Xəbər - Humay Ağacanova – Trend:

İstixana qazlarının atmosferə buraxılması çox ciddi problemdir. Lakin bununla yanaşı, okean suyunun səviyyəsinin artmasını da düşünməliyik.

AzerTimes-ın məlumatına görə, bunu VIII Qlobal Bakı Forumunda “Qida və Qida Təhlükəsizliyinin Təşviqi” mövzusunda paneldə çıxış edən 2015-2018-ci illərdə Mavrikinin prezidenti olmuş Ameenah Gurib-Fakim deyib.

O bildirib ki, okean suları çaylara axır və şirin suları şorlaşdırır.

Keçmiş prezidentin sözlərinə görə, suvarma üçün su ehtiyatı da azalır: “Bu isə kənd təsərrüfatı üçün çox ciddi problemlər yaradır. Bunun gələcəkdə daha ağır fəsadlarını görə bilərik”

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Teqlər: