İstilik qiymətlərində artım olmayacaq – RƏSMİ

Xəbər - Çingiz Səfərli – Trend:

İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev məlumat verilib.

Onun sözlərinə görə, istilik qiymətlərinin artırılması nəzərdə tutulmayıb.

Hazırda əhali qrupu üzrə 1 kvadrat metr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır.

Qeyd edək ki, dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən istilik mövsümü başlayıb. Digər rayonlarda və Bakıda isə istilik noyabrın 15-dən veriləcək.

Twitter: @cingizsafarli

Teqlər: