İbrahimoviç İsveç millisinə dəvət edilib

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İsveç millisinə dəvət edilib.

Trend xəbər verir ki, təcrübəli hücumçu millinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabr ayında keçiriləcək görüşləri üçün dəvət olunub.

İsveç millisi noyabrın 11-də səfərdə Gürcüstanla, 3 gün sonra isə İspaniya ilə qarşılaşacaq.

Teqlər: