Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa
çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının
təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə
utilizasiyası davam etdirilir.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi
26.04.2022-ci il tarixdən 30.04.2022-ci il tarixədək Seyfəli
poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi
məlumat veriləcək.