İstehlaka yararsız qida məhsulları məhv edilib

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Trend-ə verilən məlumata görə, “Sun Food” MMC tərəfindən istehlaka yararsız və istifadə müddəti bitən qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə edilən müraciət əsasında həmin şirkət tərəfindən istehsal olunan, istifadə müddəti bitmiş və istehlaka yararsız 34,535.6 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.

Teqlər: