İstehlaka yararsız balıq məhsulları və akoqolsuz içkilər məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün
mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində
tədbirləri davam etdirir.

AQTA-dan AzerTimes-a verilən məlumata görə, “Fenix Trade” MMC-nin
Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə
müddəti bitmiş, ümumi çəkisi 960 kq balıq məhsulları və akoqolsuz
içkilər “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların
zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam
etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz
halların qarşısının alınması istiqamətində müvafiq addımlar
atır.

Teqlər: