İstehlaka yararsız 3 tona yaxın şirniyyat məhsulu məhv edilib

Xəbər - Çingiz Səfərli – Trend:

İstehlaka yararsız müxtəlif növ şirniyyat məhsulları məhv edilib

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.


Bildirilib ki, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız, istifadə müddəti bitmiş, ümumi çəkisi 2994.8 kq müxtəlif növ şirniyyat məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Teqlər: