İstanbulda yeni metro xətti istifadəyə verildi

İstanbulda yeni metro xətti istifadəyə verildi

İstanbulda 8,4 kilometr uzunluğunda yeni metro xətti istifadə verilib.

AzerTimes xəbər verir ki, açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda İstanbulda ən böyük problemin nəqliyyat olduğunu vurğulayıb.

Qeyd edilib ki, şəhərin əhali sayı baxımından ən sıx bölgələrindən birində inşa edilən bu metro xətti sərnişindaşımanın yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Xəttin yaxın 25 ildə ölkə iqtisadiyyatına 6 milyard ABŞ dollarından çox gəlir gətirəcəyi təxmin edilir. Bugünkü açılışla İstanbulda tamamlanan relsli sistem şəbəkəsinin uzunluğu 348 kilometrə çatdırılır.

İstanbulda daha iki metro xəttinin inşasının davam etdiyini deyən Prezident Ərdoğan bu xətlərin İstanbul hava limanı və şəhərin ən böyük məscidlərindən biri olan Çamlıcanın yerləşdiyi ərazini də əhatə edəcəyini bildirib.

Teqlər: