İstanbulda vəkillər bürosunda atışma: Ölən və yaralananlar var

Xəbər - Orxan Nəbiyev – Trend:

İstanbulda vəkillər bürosunda silahlı hücum baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb.

Hadisə İstanbulun Kartal rayonunda baş verib. Qeyd olunur ki, atışma hüquq bürosunda mübahisənin həlli üçün toplaşmış iki tərəf arasında başlayıb.

Hadisə yerinə çoxlu sayda polis və xilasedici cəlb edilib.