İstanbulda universitet korpusunda güclü yanğın baş verib

İstanbulda universitet korpusunda güclü yanğın baş verib

İstanbul Texniki Universitetinin Maslak məhəlləsindəki kampusunda yanğın olub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, yanğın fəhlələrin qaldığı konteynerdə baş verib.

Dərhal əraziyə çox sayda yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.

Yanğın nəzarət altına alınıb, tələfat yoxdur.

Faktla bağlı araşdırma aparılır.