İstanbulda Ukrayna taxılı ilə bağlı mühüm razılıq əldə olundu

İstanbulda Ukrayna taxılı ilə bağlı mühüm razılıq əldə olundu

Ukrayna taxılına dair dördtərəfli görüşdə İstanbulda tərəflərin nümayəndələrinin yerləşəcəyi koordinasiya mərkəzinin yaradılması razılaşdırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar danışıb.

Akar qeyd edib ki, dördtərəfli görüşdə limanın çıxış və gəliş məntəqələrində birgə nəzarətin həyata keçirilməsi, eləcə də transfer marşrutlarında naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə olunub.

Ukrayna və Rusiya nümayəndə heyətləri gələn həftə Türkiyədə yenidən bir araya gələcək.

Teqlər: