İstanbulda terror hücrəsi məhv edilib – DİN rəhbəri

Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda terror
hücrəsi məhv edilib.

Trend xəbər verir ki, bu barədə özünün “Twitter” səhifəsində
ölkənin daxili işlər naziri Süleyman Soylu yazıb.

“Sancaktepedə daha bir terror hücrəsi məhv edilib”, – deyə nazir
bildirib.

Onun sözlərinə görə, terrorla mübarizə bölməsi 3 terrorçunu
yaxalayıb; 5 kq partlayışa hazır partlayıcı maddə, bomba
mexanizmləri və xeyli silah-sursat ələ keçirilib.