İstanbulda silahlı qarşıdurma: 7 nəfər yaralandı

İstanbulda silahlı qarşıdurma: 7 nəfər yaralandı

İstanbulun Küçükçekmece Halkalı küçəsində yerləşən kafedə naməlum səbəbdən iki qrup arasında silahlı qarşıdurma yaşanıb. Hadisədə 7 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, polis tərəfləri ayırmaq üçün havaya atəş açıb.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis qrupları tərəfindən araşdırılır.

Teqlər: