İstanbulda sel: Azərbaycanlının evi su altında qaldı

İstanbulda sel: Azərbaycanlının evi su altında qaldı

İstanbulda gecədən yağan yağış nəticəsində şəhərin bir neçə məhəlləsi su altında qalıb.

AzerTimes xəbər verir ki, AFAD, bələdiyyə, sahil mühafizə qüvvələri su altında qalan ərazilərin Pınar və Yeşilkent məhəllərini sulardan təmizləməyə başlayıb.

Bir sıra evlər və mağazalar yararsız vəziyyətə düşüb. Daxili işlər naziri Süleyman Soylu su altında qalan məhəllələrə baş çəkib.

Azərbaycanlı Azad Verdiyevin də evi sual altında qalıb.

“Yarım saatın ərzində hər yer su altında qaldı. Şokdayam. Özümü zorla xilas etdim”, – Verdiyev bildirib.

Teqlər: