İstanbulda qəza: 14 nəfər yaralandı

İstanbulda qəza: 14 nəfər yaralandı

Türkiyənin İstanbul şəhərinin Arnavutköy rayonunda sərnişin avtobusu ilə mikroavtobusun toqquşması nəticəsində 14 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, məlumatı “CNN Turk” yayıb.

Bildirilib ki, hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və yaralılar hospitala yerləşdirilib.

İlkin məlumata əsasən, qəza avtobusun sürücüsünün qarşı tərəfin yoluna çıxması nəticəsində baş verib.

Teqlər: