İstanbulda partlayış olub

Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib.

Trend-in
məlumatına görə, Beyoğlu rayonunda yeraltı naqillər sistemi
partlayıb.

Hadisə ilə əlaqədar yaxınlıqdakı yaşayış binasından sakinlər
təxliyə edilib.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Bölgəyə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.