İstanbulda leysan həyatı iflic etdi – Video

İstanbulda leysan həyatı iflic etdi – Video

İstanbulun bəzi rayonlarına yağan şiddətli leysan bir sıra problemlər yaradıb.

AzerTimes xəbər verir ki, şəhərin şimal hissəsində başlayan yağıntı Arnavutköy və Başakşehirdə də intensivliyini artırıb.

Yağan yağışlar səbəbindən yollarda gölməçələrin əmələ gəlməsi nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Arnavutköydə bir çox ev və obyektləri su basması müraciətlərindən sonra bölgəyə çoxlu sayda xilasedici göndərilib.

Qeyd edək ki, İstanbul Valiliyi şəhərdə güclü tufanın olacağı barədə xəbərdarlıq etmişdi.

Teqlər: