İstanbulda insident: azərbaycanlı güllələnərək öldürüldü

İstanbulda insident: azərbaycanlı güllələnərək öldürüldü

İstanbulun Fateh rayonundakı idman zallarının birində silahlı insident yaşanıb.

AzerTimes xəbər verir ki, idman zalında məşq edən azərbaycanlı Ceyhun Ələkbərov 2 xarici vətəndaş tərəfindən güllələnib. Şübhəli şəxslər cinayəti törətdikdən sonra ərazidən qaçaraq uzaqlaşıblar.

Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub.

C.Ələkbərovun həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisəni törədən şəxsləri saxlayıb. Onlardan biri Rusiya əsilli, digəri isə azərbaycanlı olub. Şübhəli şəxslərdən 2 ədəd odlu silah götürülüb.

Faktla bağlı araşdırma başladılıb.

Teqlər: