İstanbulda gəmi tərsanəsində partlayış baş verdi

İstanbulda gəmi tərsanəsində partlayış baş verdi

İstanbulun Tuzla ilçəsində yerləşən tərsanədə “Seaprincess” tankerində partlayış baş verməsi nəticəsində bir nəfər ölüb.

AzerTimes xəbər verir ki, bu barədə “Milliyət” məlumat yayıb.

Bildirilib ki, qaz sıxılması nəticəsində baş verən partlayış tankerin tullantılar bölməsində qeydə alınıb.

Həmin vaxt tərsanədə iki işçi olub. Onlardan biri həyatını itirib, digəri isə yüngül xəsarət alıb.

Hadisə yerinə təcili yardım qrupları gəlib.

Teqlər: