İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb

İstanbulda baş verən fırtına nəticəsində ölən və xəsarət alanların sayı artıb.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 19 nəfər xəsarət alıb.

3 yaralının vəziyyəti ağır qiymətləndirilir.


Qeyd edək ki, Türkiyədə fırtınalı hava şəraiti bir çox yerlərdə dağıntıya səbəb olub.