İstanbulda final matçının yaxınlığında yanğın

İstanbulda final matçının yaxınlığında yanğın

Çempionlar Liqasının final matçının keçirildiyi Türkiyənin İstanbul şəhərində “Atatürk” stadionunun yaxınlığında yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.

Məlumata görə, yanğın plastik fabrikin damında baş verib. Tüstü buludları stadiona da çatıb.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası gedib. Xilasedicilər zavodda işləyən 8 nəfəri yanğından çıxarıblar.

Qeyd edək ki, hazırda Çempionlar Liqasının final matçında “Mançester Siti” və “İnter” qarşılaşır.

Teqlər: