İstanbulda buna razılaşmışdıq, indi hədəfimiz dəyişib

İstanbulda buna razılaşmışdıq, indi hədəfimiz dəyişib

Xüsusi hərbi əməliyyata və coğrafi koordinatlara gəlincə, təhlükəsizliyimizə heç bir təhlükə, Ukrayna ərazisindən hərbi təhdidlər yoxdur. İstanbul görüşü olanda bir coğrafiya var idi və bizim Ukraynanın təklifini qəbul etmək istəyimiz həmin 2022-ci ilin mart ayının sonundakı coğrafiyaya əsaslanırdı. İndi coğrafiya başqadır və söhbət təkcə “dxr” və “lxr”dən deyil, həm də Xerson, Zaporojye və digər bölgələrdən gedir. Bu proses ardıcıl olaraq və israrla davam edir və edəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində bildirib.

“Qərb qəzəblə və ya vəziyyəti mümkün qədər gərginləşdirmək istəyi ilə Ukraynaya daha çox uzaqmənzilli silahlar, məsələn, HİMARS göndərir. Əməliyyat indiki xəttdən daha da irəli gedəcək. Çünki biz Zelenski Ukraynasının bizim və müstəqilliyini elan etmiş “respublikalar”ın ərazisinə birbaşa təhlükə yaradacaq silahlara malik olmasına icazə verə bilmərik”, – Lavrov bildirib.

Teqlər: