İstanbulda ağır qəza: 7 nəfər yaralandı

İstanbulda ağır qəza: 7 nəfər yaralandı

İstanbulun Kartal səmtində mikroavtobusla sərnişin avtobusunun toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

AzerTimes xəbər verir ki, qəza Kartalda D-100 magistralında yerləşən Esenkent dayanacağında avtobusun anidən tormozlaması və arxadan gələn mikroavtobusun çırpılması nəticəsində meydana gəlib.

Hadisə yerində polis və təcili yardım briqadası gəlib, qəzada xəsarət alan 7 nəfər xəstəxanaya yerləşdirilib. Polis faktla bağlı araşdırma aparır.

Teqlər: