Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində 13 noyabrda törədilən teraktla bağlı daha 8 nəfər saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Saxlanılan şəxslər partlayışı törədən terrorçuya yardım etməkdə ittiham olunur.
Qeyd edək ki, noyabrın 13-də İstanbulun Taksim meydanı yaxınlığında yerləşən İstiqlal prospektindəki terakt nəticəsində 6 nəfər həlak olub, 81-i isə yaralanıb.