Rusiyanın böyük ordusu, güclü silahı var – ABŞ

Rusiyanın böyük ordusu, güclü silahı var – ABŞ

Rusiya ordusu təsiredici silahlara malikdir.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Lloyd Ostin şənbə günü illik Qalifaks Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

“Siz bilirsiniz ki, Rusiyanın böyük ordusu və təsiredici silahları var. Amma bu güc belə Rusiyanın Ukraynada savaşı qazanmasına səbəb olmadı. Müharibədə əsas məsələ yalnız silah deyil, həm də hədəfdir. Baydenin sözləri ilə desək, Ukraynada Rusiya heç vaxt qalib olmayacaq”, – o bildirib.

Onun sözlərinə görə, qarşıdan sərt qış gəlir və bəzi çətinliklər ola bilər:

“O ki qaldı Rusiyanın nüvə silahı ilə təhdidlərinə, biz bu çağırışlara birgə cavab verəcəyik”.

Teqlər: