İstanbul razılaşması: Türkiyə ucuz taxıl alacaq

İstanbul razılaşması: Türkiyə ucuz taxıl alacaq

Türkiyə Rusiya və Ukraynadan dünya qiymətlərindən aşağı qiymətə taxıl ala biləcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə parlamentinin kənd təsərrüfatı komissiyasının rəhbəri Yunus Kılıç məlumat verib.

Onun sözlərinə görə, müqavilənin imzalanması zamanı hər iki tərəf taxılın qiyməti və onun alınması baxımından Türkiyənin üstünlük əldə edəcəyinə söz verib.

“Bunun sayəsində biz həm də sonrakı ixrac üçün taxıl ala biləcəyik. Təbii ki, tədarük ölkələrini, həcmi və taxılın qiymətlərini Ukrayna və Rusiya özləri müəyyən edəcək. Türkiyə, imzalanmış sənədə əsasən, katiblik rolunu öz üzərinə götürüb və onların digər ölkələrlə ticarətində xarici nümayəndəliklərlə müqayisə olunan funksiyaları yerinə yetirəcək”,- Kılıç deyib.

Teqlər: