İsraildə Benyamin Netanyahu hökumətinin məhkəmə islahatlarının birtərəfli təşviqinə cavab olaraq ümummilli etirazlar davam edir.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, on minlərlə etirazçı Təl-Əvivdə 31-ci dəfə hökumət əleyhinə mitinq keçirib.
Etiraz təşkilatçıları bildiriblər ki, mitinqlər 150 yerdə keçirilib.